Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
# 29 oktyabr 2020 08:16 (UTC +04:00)

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində şərəfli yer tutur. O, milli romantizmin ideya-estetik prinsiplərini zəngin bədii yaradıcılıq təcrübəsində və ədəbi tənqidi əsərlərində əsaslandırıb.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından APA-ya verilən məlumata görə, M.Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirib. Hadinin şeirlərində milli insan böhranı, milli varlıq problemi öz əksini tapır.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Məhəmməd Hadi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Məhəmməd Hadinin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Qeyd edək ki, virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Hadi/index.htm linkindən istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR