Orhan Pamukun yeni romanı bu gündən satışa çıxarılıb

Orhan Pamukun yeni romanı bu gündən satışa çıxarılıb
# 23 mart 2021 11:20 (UTC +04:00)

Nobel mükafatı laureatı, türkiyəli yazıçı Orhan Pamukun "Vəba gecələri" adlı yeni romanı bu gündən satışa çıxarılıb.

APA-nın məlumatına görə, "Yapı Kredi Yayınları"nda çap edilən 544 səhifəlik romanın ərsəyə gəlməsinə yazıçı 5 il sərf edib.

Romanda hadisələr 1901-ci ildə, Osmanlı imperiyasının Minger adasında yayılmış vəba epidemiyasından bəhs edir.

30 il ərzində bu romanın xəyalını qurduğunu deyən yazıçı hələ ikinci romanı "Səssiz ev" və digər əsərlərində də "Vəba gecələri"dən bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR