“Pianoçu” filminin ssenari müəllifi Ronald Harvud 85 yaşında vəfat edib

“Pianoçu” filminin ssenari müəllifi Ronald Harvud 85 yaşında vəfat edib
# 09 sentyabr 2020 07:10 (UTC +04:00)

Britaniyalı dramaturq və ssenari müəllifi Ronald Harvood 85 yaşında vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.

Bildirilib ki, yazıçı çərşənbə axşamı Sasseks şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Harvud 2003-cü ildə məşhur “Pianoçu” filminə görə “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari” nominasiyası üzrə “Oscar”a layiq görülüb.

O, 2008-ci ildə "Skafandr və kəpənək" filminin ssenarisinə görə isə “BAFTA” mükafatını qazanıb.

2010-cu ildə Ronald Harvuda ssenari müəllifi kimi “Cəngavər” titulu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR