“Qızıl Kəlmə” müsabiqəsi yenidən formalaşdırılacaq

“Qızıl Kəlmə” müsabiqəsi yenidən formalaşdırılacaq
# 29 sentyabr 2020 18:32 (UTC +04:00)

“İlin sonunda ali ədəbi mükafat hesab olunan “Qızıl Kəlmə” mükafatına əsərlərin qəbuluna start veriləcək”.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bunu koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimində Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsiflər heyəti ilə bağlı işlər aparılır: "Ötən illər üçün mükafatın münsiflər heyəti açıqlandığından, şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə yeni münsiflər müəyyənləşdiriləcək və müsabiqə bitənə qədər gizli saxlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR