Tbilisidə Mirzə Fətəli Axundovun anım günü münasibətilə sərgi keçirilib - FOTO

Tbilisidə Mirzə Fətəli Axundovun anım günü münasibətilə sərgi keçirilib - FOTO
# 10 mart 2021 17:26 (UTC +04:00)

Tbilisidə Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundovun vəfatının 143 ildönümü münasibətilə sərgi keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbiri Gürcüstanın Milli Parlament Kitabxanasında baş tutub.

Sərgidə M. F. Axundovun həyat və yaradıcılığını əks etdirən 25 fotoşəkil və rəsm əsərləri, əlyazmalar nümayiş etdirilib, eyni zamanda. dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verilib.

Çıxışlar zamanı Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin önəmi vurğulanıb.

Anım tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR