Tbilisidə Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib - FOTO

Tbilisidə Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib - <span class=FOTO'>
# 10 aprel 2021 13:53 (UTC +04:00)

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib. 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, N. Nərimanovun əsərləri ilk dəfə olaraq gürcü dilinə tərcümə edilib.

Oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq” pyesi, “Nadir şah” tarixi faciəsi və “Bahadır və Sona” romanı iki dildə - Azərbaycan və gürcü dillərində işıq üzü görüb.

N. Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazıb. O, “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə isə ilk milli romanın əsasını qoyub.

Layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevadır. Əsərləri gürcü dilinə tərcümə edən isə filoloq Oktay Kazımovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR