Tərcüməçi Həmzəli İlyas vəfat edib

Tərcüməçi Həmzəli İlyas vəfat edib
# 05 iyun 2020 13:19 (UTC +04:00)

Tərcüməçi Həmzəli İlyas (Həmzəli İlyasov) vəfat edib.

Bu barədə APA-ya yazıçı Nəriman Əbdülrəhmanlı məlumat verib.

Onun sözlərinə görə, Həmzəli İlyas bu gün səhər vəfat edib: “68 yaşı vardı. Ürək xəstəliyindən əziyyət çəkirdi”.

N.Əbdülrəhmanlı mərhumun artıq dəfn edildiyini deyib.

Qeyd edək ki, Həmzəli İlyas gürcü və rus ədəbiyyatından tərcümələr edib.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR