AYB-nin birinci katibi vəzifəsi Çingiz Abdullayevə həvalə olunub

AYB-nin birinci katibi vəzifəsi Çingiz Abdullayevə həvalə olunub

© APA | Çingiz Abdullayev

# 17 iyun 2021 18:30 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib. 

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək. 

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.

Qeyd edək ki, xəbəri ilk olaraq Kulis.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR