Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib - FOTO

Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib - FOTO
# 30 sentyabr 2021 18:56 (UTC +04:00)

24-27 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.

Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərindəki 200 adda kitablar sərgilənib.

Tədbirdə Xalq yazıçısı Anar və Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova iştirak ediblər.

Sərgi boyunca maraqlananlara nümayəndə heyəti tərəfindən tariximiz, Qarabağ həqiqətləri, şanlı qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib və bəzi kitablar Azərbaycan stendinin ziyarətçilərinə hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR