Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

 Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
# 31 yanvar 2020 17:18 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR