Beynəlxalq Buker mükafatının builki qalibi məlum olub

Beynəlxalq Buker mükafatının builki qalibi məlum olub
# 02 iyun 2021 21:47 (UTC +04:00)

Beynəlxalq Buker (International Booker Prize) mükafatının builki qalibi açıqlanıb.

APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, qalib Fransa yazıçısı David Diop olub.

O, "Gecə bütün qanlar qara rəngdədir" romanı ilə fərqlənib. Əsərin ingilis dilinə tərcüməçisi Anna Moşovakisdir. 

Qeyd edək ki, 2005-ci ildən təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR