Dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı ƏMA-ya köçürüləcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 06 sentyabr 2021 11:08 (UTC +04:00)

Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə, müəllif qonorarının hesablanması və ödənilməsi qaydalarına dəyişiklik edilib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarı müəyyən edilmiş tarif dərəcələrinə uyğun qaydada tam miqdarda hesablanacaq.

Hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyinin hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.

Bundan əvvəl hesablanmış məbləğ Əqli Mülkiyyət Agentliyi tərəfindən yığılır və bütövlükdə dövlət büdcəsinə köçürülürdü.

Eyni zamanda digər dəyişikliklə dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR