Əli Əmirlinin yeni kitabı çap olunub

Əli Əmirlinin yeni kitabı çap olunub
# 22 may 2021 21:16 (UTC +04:00)

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Pərdəsiz" adlı yeni kitabı işıq üzü görüb.

APA-nın məlumatına görə, bu yazıçının "On beş pyes"(2006), "Hasarın o üzü"(2010) kitablarından sonra üçüncü pyeslər kitabıdır.

"Zərdabi - Nəşr"in çap etdiyi bu kitaba dramaturq Azərbaycan Dövlət Akademik Milli Dram teatrında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda uğurla tamaşaya qoyulmuş "Şah Qacar" tarixi dramı ilə bərabər, "Ünvansız qatar", "İki aktrisa üçün baş rol", "Premyera", "Gözəllik imperiyası", "Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu", "Sevgilim Sumqayıt", "Pərdəsiz" kimi orijinal pyesləri ilə yanaşı, Lev Tolstoyun "Hacı Murad" povesti əsasında səhnələşdirdiyi eyniadlı tarixi dramını və Kalmık Milli Dram teatrının sifarişi ilə Kalmık ədəbiyyatının klassiki Sanci Balıkovun əsərlərinin motivləri əsasında rus dilində yazdığı "Gözlə məni" ("Жди меня") iki hissəli tale dramını da daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR