Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib - FOTO - VİDEO

Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir

© APA | Gəncədə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir

# 09 sentyabr 2021 11:58 (UTC +04:00)

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Gəncədə ümumşəhər tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev meydanında baş tutan tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə regional mədəniyyət idarəsinin müdiri Vasif Cənnətov, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, mədəniyyət işçiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Tədbirdə çıxış edənlər dahi şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Qeyd olunub ki, “Nizami Gəncəvi ili” elan edilməsi Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

Tədbirdə dahi şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib. Sonra Gəncə Dövlət Dram Teatrın təqdimatında “Xəmsə” əbədi kompozisiya təqdim olunub.

Qeyd edək ki, tədbir Gəncə şəhər icra hakimiyyətinin və Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə hazırlanıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR