Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçilə bilib, təkrar seçki keçiriləcək

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçilə bilib, təkrar seçki keçiriləcək
# 14 iyul 2021 10:30 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd -Əlibəyov Gəray Ayaz oğlu İctimai Şuranın üzvü seçilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 8 yer üçün iyulun 16-da təkrar seçkilər keçiriləcək.

8 yer uğrunda 48 namizəd mübarizə aparacaq.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR