“Qarabağ zəfəri” qısa hekayə müsabiqəsi keçirilir

“Qarabağ zəfəri” qısa hekayə müsabiqəsi

© APA | “Qarabağ zəfəri” qısa hekayə müsabiqəsi

# 10 sentyabr 2021 11:29 (UTC +04:00)

“Mücrü” nəşriyyatı 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi münasibətilə “Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə start verir.

Bu barədə APA-ya “Mücrü” nəşriyyatından məlumat verilib.

Bildirilib ki, hekayə müsabiqəsinin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatına dəstək olmaq, qələbəyə oxucuların yaradıcı müstəvidə münasibətini üzə çıxarmaqdır.

“Qarabağ zəfəri” qısa hekayə müsabiqəsinə göndərilmiş əsərlərin həcmi 44 sözdən çox olmamalıdır. Yalnız Azərbaycan dilində olan əsərlərin qəbul olunacağı müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak ödənişlidir. Ödəniş hər bir əsər üçün 10 AZN (on manat) təşkil edir. Bir müəllif müsabiqəyə maksimum 3 əsər göndərə bilər.

Müəlliflər əsərləri [email protected] elektron ünvanına göndərməlidir.

Mövzu hissəsində ad və təxəllüsünü, əlaqə nömrəsini, həmçinin əsərin adını qeyd etməlidir. Şərtlərə uyğun olmayan əsərlər müsabiqəyə qəbul edilməyəcək.

Əsər qəbulu sentyabrın 10-dan noyabrın 8-dək davam edəcək.

Müsabiqədə ilk 10 yeri tutmuş müəlliflər kitab dəstləri və başqa qiymətli hədiyyələrlə mükafatlandırılacaq, ilk 5 yerin qalibi diplomla təltif olunacaq.

Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab halında nəşr ediləcək.

Qeyd edək ki, müsabiqənin bütün şərtlərinə uyğun əsərlər gündəlik olaraq “Mücrü ART” (www.mucru.art) portalında yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR