Şair Əziz Musa vəfat edib

Şair Əziz Musa

© APA | Şair Əziz Musa

# 30 may 2021 12:08 (UTC +04:00)

Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib.

Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR