Türkiyənin tanınmış yazarları Gəncədə raket atəşi ilə dağıdılan ərazilərə baş çəkib - FOTO - YENİLƏNİB - VİDEO

Türkiyənin tanınmış yazarları Gəncədə raket atəşi ilə dağıdılan ərazilərə baş çəkib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 12 sentyabr 2021 13:25 (UTC +04:00)

Türkiyənin tanınmış yazarları Nizami Gəncəvinin Məqbərəsini ziyarət etdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.

APA-nın yerli bürosunun məlumatına görə, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Qonaqlara cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib.

Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

***

12:37

Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" platforması altında ölkəmizə səfərə gəlirlər.

APA-nın yerli bürosunun məlumatına görə qonaqlar, dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Məqbərədə yazarlara şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Daha sonra qonalar Gəncədə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan əraziləri ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR