“Literaturnaya qazeta”nın 190 yaşı tamam olur

“Literaturnaya qazeta”nın 190 yaşı tamam olur
# 24 yanvar 2020 12:55 (UTC +04:00)

Rusiyanın “Literaturnaya qazeta”nəşrinin 190 illiyi tamam olur.

APA-nın “TASS” Agentliyinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin qəzetin redaksiya heyətini və oxucuları təbrik edib.

O, “Literaturnaya qazeta”nın həmişə zamanla ayaqlaşdığını, ictimai fikrin, jurnalistika və publisistikanın inkişafına təsir göstərdiyini qeyd edib, bir çox məşhur əsərlərin ilk dəfə məhz “Literaturnaya qazeta”da dərc edildiyini vurğulayıb. 

Qeyd edək ki, hazırda qəzetin baş redaktoru yazıçı Maksim Zamşevdir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR