Azərbaycanın xalq yazıçısı Qılman İlkinlə vida mərasimi keçirilib – FOTOSESSİYA

Azərbaycanın xalq yazıçısı Qılman İlkinlə vida mərasimi keçirilib – <font color=red>  FOTOSESSİYA </font>
# 07 noyabr 2009 13:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Qılman İlkinlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, saat 13:00-da başlayan vida mərasiminə Azərbaycan ədəbiyyatının tanınmış simaları, mədəniyyət və incəsənət xadimləri qatılıblar. Vida mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov Qılman İlkinin vəfatı ilə Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verdiyini qeyd edib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Qılman İlkin vəfat edib. Bu gün Azərbaycan ictimaiyyəti Qılman İlkinlə vidalaşır. Böyük yazıçımız ömrünün 96-cı payızında gözlərini əbədi olaraq bu dünyaya yumdu. Qılman İlkinin həyatının bir hissəsi təhsillə və müəllimliklə bağlı olub. Ona görə də biz qərara gəldik ki, onun cənazəsi məhz Azərbaycanın qədim ali məktəblərindən biri olan Pedaqoji Universitetindən götürülsün”. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar uzun illər AYB-nin üzvü olan və 30-dan artıq kitabı işıq üzü görən Qılman İlkinin Azərbaycan ədəbiyyatında özünəməxsus iş buraxdığını deyib. Çıxışlar başa çatdıqdan sonra mərhumun cənazəsi II Fəxri Xiyabana aparılıb. Mərhum Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı noyabrın 6-da saat 12:30 radələrində 96 yaşında ürək çatışmazlığından vəfat edib.

Qılman İlkin 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın əməkdar incəsənət xadimi (1989), xalq yazıçısı, prezidentin fərdi təqaüdçüsüdür. Əsərləri xarici dillərdə çap edilib. İki dəfə “Qırmızı əmək bayrağı” ordeninə, Qafqaz xalqları ali dini şurasının “Paklıq” mükafatına layiq görülüb. İndiyə qədər 30-da qədər kitabı işıq üzü görüb. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifi olub. Qalada üsyan» (1959), «Şimal küləyi» (1962), «Hədiyyə» (1969), «Dağlı məhəlləsi» (1978), «Dəniz qapısı» (1984), Madam Qədri» (1988) və s. kitablarının müəllifidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR