Bakı Kitab Mərkəzində Meksika yazıçısı ilə görüş keçiriləcək

#
# 13:46
26 noyabr 2019

Noyabrın 29-da Meksika yazıçısı David Toskana ilə görüş keçiriləcək. 

APA-nın məlumatına görə, görüş saat 18:00-da Bakı Kitab Mərkəzində baş tutacaq.

Qeyd edək ki, D.Toskana Azərbaycana Meksika səfirliyinin təşkilatçılığı dəvət edilib.

David Toskana 1961-ci ildə Monterrey şəhərində anadan olub. “Tula Stansiyası”, “Sirkin Müqəddəs Məryamı”, “Lontananza”, “Miqel Pruneda acısı”, “Son oxucu”, “Parlaq ordu” kimi əsərlərin müəllifidir. David Toskana Ayova Universitetinin Beynəlxalq Yazıçılar Proqramı və "Berliner Künstlerprogramm"da iştirak edib. Milli Yaradıcılar Sisteminin üzvüdür. 

Onun “Son oxucu” romanı Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülüb, “Parlaq ordu” isə Amerika Evi tərəfindən təqdim olunan Xose Mariya Arqedas mükafatını alıb. David Toskananın əsərləri on dörd dilə tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR