Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb - FOTOLAR - VİDEO

Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb - FOTOLAR - VİDEO
# 19 dekabr 2020 20:05 (UTC +04:00)

Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.

APA-nın Qarabağa ezam olunmuş əməkdaşları abidəni dağılmış vəziyyətdə tapıblar.

Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.

Qeyd edək ki, Füzuli rayonu və şəhəri 27 il sonra işğaldan azad edilib. Bu müddət ərzində erməni işğalçıları rayonda evləri, sosial-məişət obyektlərini, mədəniyyət və tarixi abidələri yertlə-yeksan ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri işğaldan azad olunduqdan sonra bildirmişdir ki, orada Azərbaycan bayrağının sancılması üçün bir bina belə tapılmayıb.

Foto - İlkin Nəbiyev © APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR