Pulitser mükafatı almış yazıçı vəfat edib

Pulitser mükafatı almış yazıçı vəfat edib
# 03 dekabr 2019 10:26 (UTC +04:00)

Amerika tarixçisi və yazıçısı Robert Messi vəfat edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yazıçının həyat yoldaşı Debora Karl bildirib.

Alsheymer xəstəsi olan 91 yaşlı yazıçı Nyu-Yorkdakı evində vəfat edib.

R. Messi ömrünün çox hissəsini Romanovlar nəslinin öyrənilməsinə həsr edib. Onun II Nikolay haqqında yazdığı kitab Hollivud tərəfindən ekranlaşdırılıb.

R.Messi 1981-ci ildə Pulitser mükafatı ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR