Elşad Baratın şəhidlərə yazılmış şeirlərdən ibarət kitabı çıxıb

"Ölümsüzlər"

© APA | "Ölümsüzlər"

# 26 noyabr 2021 11:17 (UTC +04:00)

Şair Elşad Baratın şəhidlərə yazdığı şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabın ilk cildi işıq üzü görüb.

APA-nın məlumatına görə, 300 səhifəlik kitabda 100-ə yaxın şəhid haqqında ətraflı məlumat, şeir və şəkillər toplanıb.

Kitaba ön sözü millət vəkili Adil Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli yazıb.

Kitab "Avrora Qrup"un maddi dəstəyi ilə Qanun Nəşriyyatında çap edilib.

Kitabın redaktoru tanınmış tənqidçi Əsəd Cahangirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR