“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunub

“Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi elan olunub
# 16 noyabr 2021 13:08 (UTC +04:00)

Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunan “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi keçirilir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil olunub.

Müsabiqənin təşkilində əsas məqsəd böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin geniş təbliğini həyata keçirmək, azərbaycanlı və xarici yazarları müsabiqəyə cəlb etməklə Nizami dühası haqqında müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:
• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Əsərlər Azərbaycan, türk, ingilis və rus dillərində yazılmalıdır.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail) qeyd etməlidir.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
• Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməldir.

Essenin mətninin həcmi 880 sözdən çox olmamalıdır.

Müsabiqənin mükafat fondu 4 042 (dörd min qırx iki) ABŞ dollarıdır.

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 qalib seçiləcək: birinci yer – 2021 ABŞ dolları, ikinci yer – 1141 ABŞ dolları və üçüncü yer – 880 ABŞ dolları.

Birinci yer eyni zamanda “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı ilə təltif olunacaq.

Müsabiqəyə esselərin qəbulu dekabrın 20-də sona çatacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR