Oksford lüğəti 2021-ci ilin sözünü seçib

Oksford lüğəti 2021-ci ilin sözünü elan edib

© APA | Oksford lüğəti 2021-ci ilin sözünü elan edib

# 01 noyabr 2021 11:52 (UTC +04:00)

Hər il ən populyar ingilis sözlərini müəyyən edən Oksford İngilis dili lüğətini hazırlayan “Oxford Languages” 2021-ci ilin məşhur sözünü müəyyən edib.

APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumatına görə, koronavirus peyvəndi ilə bağlı həm ictimaiyyət arasında, həm də səlahiyyətli qurumların açıqlamalarında tez-tez istifadə edilən peyvənd sözünün ingiliscə qısaltması olan “vax” (vaks) kəlməsi 2021-ci ilin sözü elan edilib.

Keçən il əvvəlki dövrlərə nisbətən 2 dəfə çox istifadə olunan və 1980-ci illərdə ortaya çıxan peyvənd sözünün qısaltması olan "vax" kəlməsi bu il ötən ilə nəzərən 72 dəfə çox istifadə edilib.

"Vax" kəlməsi qısa, vurucu və diqqət çəkən olduğu üçün digərlərindən fərqlənə bilib, bundan başqa müxtəlif kombinasiyalarda işlənə bilir.

Qeyd edək ki, qurum ötən illərdə "selfie" (selfi) və "poth-truth" (həqiqət sonra) kəlmələrini də ilin sözləri elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR