“Fənərbaxça” Çempionlar Liqasında 1/8 finala çıxmaq şansını saxladı

“Fənərbaxça” Çempionlar Liqasında 1/8 finala çıxmaq şansını saxladı
# 06 noyabr 2008 07:31 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, ən gözlənilməz nəticəyə “Fənərbaxça” imza atıb. İki həftə öncə öz meydanında “Arsenal”a 2:5 hesabı ilə uduzmuş Luis Araqonesin komandası bu dəfə səfərdən 1 xalla dönüb. Bununla da, “sarı-lacivərdlilər” növbəti mərhələyə yüksəlmək şanslarını qoruyublar.

Daha bir klub vaxtından qabaq adını 1/8 finala yazdırıb. Söhbət İtaliya “Yuventus”undan gedir. Alessandro Del Pyeronun “Santyaqo Bernabeu” stadionunda dublu Turin təmsilçisini pley-offa daşıyıb. Öncə “Barselona” və “Sportinq” də 1/8 finala yüksəlmişdi.

E qrupu

“Seltik” - “Mançester Yunayted” - 1:1

MakDonald, 13 - Giqqz, 84.

“Olborq” - “Vilyareal” - 2:2
Kurt, 54; Due, 81 - Rossi, 41; Franko, 75.

1.“Mançester Yunayted” 8 xal, 2.“Vilyareal” 8, 3.“Seltik” 2, 4.“Olborq” 2.

F qrupu

“Fiorentina” - “Bavariya” - 1:1

Mutu, 11 - Borovski, 78.

“Lion” - “Styaua” - 2:0
Juninyo, 44; Revelyer, 89.

1.“Lion” 8, 2.“Bavariya” 8, 3.“Fiorentina” 3, 4.“Styaua” 1.

G qrupu

“Arsenal” - “Fənərbaxça” - 0:0


“Dinamo” (Kiyev) - “Portu” - 1:2
Milevski, 21 - Rolando, 69; Luço, 90.

1.“Arsenal” 8, 2.“Portu” 6, 3.“Dinamo” 5, 4.“Fənərbaxça” 2.

H qrupu

“Real” - “Yuventus” - 0:2

Del Pyero, 17; 67.

BATE - “Zenit” - 0:2
Poqrebnyak, 34; Danni, 90.

1.“Yuventus” 10, 2.“Real” 6, 3.“Zenit” 4, 4.BATE 2.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR