“Qalatasaray” tarixi qələbə ilə qrup liderliyinə yüksəldi

“Qalatasaray” tarixi qələbə ilə qrup liderliyinə yüksəldi
# 07 noyabr 2008 07:55 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, 8 qrupda 16 matç baş tutub. Azərbaycan futbol həvəskarlarının azarkeşlik etdiyi “Qalatasaray” Portuqaliyada tarixi qələbəyə imza atıb. Belə ki, Türkiyə çempionu səfərdə “Benfika”ya qalib gəlib - 2:0. “Cim Bom”un qollarına Əmrə Aşık (52) və Ümit Karan (69) imza atıb. Beləliklə, “Qalatasaray” tarixi ərzində avrokuboklarda ilk dəfə qarşılaşdığı Portuqaliya təmsilçisini üstələməklə, yanaşı, həm də qrup lideri olub.

A qrupu

“Rasinq” - “Şalke” - 1:1

“Mançester Siti” - “Tvente” - 3:2

1.“Şalke” 4, 2.“Mançester Siti” 3, 3.“Tvente” 3, 4.“Rasinq” 1, 5.PSJ 0.

B qrupu

“Benfika” - “Qalatasaray” - 0:2

“Metalist” - “Herta” - 0:0

1.“Qalatasaray” 6, 2.“Herta” 2, 3.“Metalist” 1, 4.“Benfika” 1, 5.“Olimpiakos” 0.

C qrupu

“Ştutqart”
- “Partizan” - 2:0

“Standard” - “Sevilya” - 1:0

1.“Sampdoriya” 3, 2.“Sevilya” 3, 3.“Standard” 3, 4.“Ştutqart” 3, 5.“Partizan” 0.

D qrupu

“Spartak” - “Udineze” - 1:2

“Tottenhem” - “Dinamo” (Zaqreb) - 4:0

1.“Udineze” 6, 2.“Tottenhem” 3, 3.“Dinamo” 3, 4.NEC 0, 5.“Spartak” 0.

E qrupu

“Milan”
- “Braqa” - 1:0

“Volfsburq” - “Herenven” - 5:1

1.“Milan” 6, 2.“Volfsburq” 3, 3.“Braqa” 3, 4.“Portsmut” 0, 5.“Herenven” 0.

F qrupu

“Ayaks”
- “Jilina” - 1:0

“Slaviya” - “Aston Villa” - 0:1

1.“Aston Villa” 6, 2.“Hamburq” 3, 3.“Ayaks” 3, 4.“Slaviya” 0, 5.“Jilina” 0.

G qrupu

“Sent Etyen”
- “Rusenborq” - 3:0

“Valensiya” - “Kopenhagen” - 1:1

1.“Sent Etyen” 6, 2.“Brügge” 1, 3.“Valensiya” 1, 4.“Kopenhagen” 1, 5.“Rusenborq” 1.

H qrupu

“Feyenord” - MOİK (Moskva) - 1:3

“Lex” - “Nansi” - 2:2

1.MOİK 6, 2.“Nansi” 4, 3.“Lex” 1, 4.“Deportivo” 0, 5.“Feyenord” 0.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR