Berti Foqts milli komandaya 31 futbolçu çağırdı

Berti Foqts milli komandaya 31 futbolçu çağırdı
# 07 noyabr 2008 08:46 (UTC +04:00)
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts noyabrın 19-da Albaniya ilə Bakıda keçiriləcək yoldaşlıq görüşünə ilkin heyəti açıqlayıb. “APA-Sport”un məlumatına görə, 62 yaşlı alman mütəxəssis noyabrın 10-dan 13-dək keçirəcəyi təlim-məşq toplanışına 31 futbolçu çağırıb. Foqts heyətə yeni futbolçular da dəvət edib. Debütantlar Osman Umarov, Zahid Quliyev, Novruz Məmmədov, Tural Cəlilov, Eşqin Quliyev və Rostov futbol məktəbinin yetirməsi olan, Rusiyada çıxış edən milliləşən legioner Mixail Zaytsevdir.

“Neftçi”nin ikinci komandaya göndərdiyi Rəşad Sadıqovla Aleksandr Çertoqanova da güvənən Foqts ölkədən kənarda çıxış edən futbolçulardan Anatoli Ponomaryova dəvət göndərib. Saşa Yunisoğlu (“Poloniya”, Polşa) ilə Branimir Subaşiçin (“Srvena Zvezda, Serbiya) çıxış etdiyi çempionatlarda isə oyunların qızğın vaxtı olduğundan onları bu dəfə siyahıdan kənarda qalıb.

Qapıçılar: Fərhad Vəliyev, Osman Umarov (hər ikisi “Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”), Kamran Ağayev (“Xəzər-Lənkəran”), Anar Nəzirov (“Neftçi”).

Müdafiəçilər: Rəşad Sadıqov, Emin Cəfərquliyev, Rail Məlikov, Aleksandr Çertoqanov (hamısı “Neftçi”), Mahir Şükürov, Aqil Nəbiyev, Usim Nduka (hamısı “Olimpik”), Samir Abbasov (“İnter”), Nodar Məmmədov, Zahid Quliyev (hər ikisi MOİK),

Yarımmüdafiəçilər: Mahmud Qurbanov, Elvin Məmmədov, Cavid Hüseynov (hamısı “İnter”), Elmar Baxşıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Fabio Luis Ramim (“Bakı”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Zeynal Zeynalov, Novruz Məmmədov (hər ikisi “Muğan”), Tural Cəlilov (“Simurq”), Anatoli Ponomaryov (“Degerfors”, İsveç), Mixail Zaytsev (“Dağ Diesel”, Rusiya),

Hücumçular: Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Karvan”), Leandro Qomeş (“Olimpik”), Eşqin Quliyev (“Neftçi”)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR