Fənərbaxça-Qalatasaray: 4:1

Fənərbaxça-Qalatasaray: 4:1
# 09 noyabr 2008 19:55 (UTC +04:00)
Oyunun ikinci dəqiqəsində Lincolnun qolu ilə Qalatasaray hesabı açıb. Amma qalatasaraylıların sevinci uzun sürməyib. Oyunun 7-ci dəqiqəsində Səlcuğun qapıya ötürdüyü topla hesab bərabərləşib.

Oyunun 28-ci dəqiqəsində isə Əmrə Qalatasarayın qapısına atdığı yanlış topla “Fənərbaxça”ya ikinci qolu “bağışlayıb”.

Oyunun ikinci hissəsində də şans Fənərbaxçadan yana olub. 49-cu dəqiqədə Luqanonun atdığı qolla Fənərbaxçada hesabda daha bir addım irəliləyib.

Oyuna hakimin əlavə etdiyi 5 dəqiqə də Fənərbaxçanın şansına oynayır. 93-cü dəqiqədə Deividin atdığı qolla Fənərbaxça fərqi 4:1-ə çatdırır.

Qeyd edək ki, oyuna Hüseyn Göçek hakimlik edib.

Fənədbaxçanın heyətində Volkan Demirel, Gökhan, Edu, Luqano, Carlos, Selçuk, Josico, Deivid, Uğur, Semih ve Qüiza oynayıb.

Qalatasaraydan isə meydana De Sanctis, Servet, Emre, Hakan, Sabri, Meira, Ayhan, Arda, Lincoln, Baros ve Ümit çıxıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR