“Neftçi” klubunun baş məşqçisi evlənir

“Neftçi” klubunun baş məşqçisi evlənir
# 12 noyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Aqşin Əliyev – APA-Sport. Azərbaycan idman ictimaiyyətinin daha bir tanınmış siması ailə həyatı qurur. “APA-Sport”un məlumatına görə, “Neftçi” klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi İslam Kərimov subaylığın daşını atır.

Uşaq məşqçisi kimi tanınan Kərimovun toyu noyabrın 17-də “İmperator” şadlıq sarayında olacaq. 41 yaşlı çalışdırıcı indiyədək əsasən iki klubda - “Neftçi” və “Şəfa”da işləyib. O, 2001-02-ci illərdə Azərbaycanın 17 yaşlılardan ibarət yığmasına da rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR