AFFA uşaq futbolçularla bağlı araşdırmalara başlayıb

AFFA uşaq futbolçularla bağlı araşdırmalara başlayıb
# 13 noyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA təvəllüdləri saxtalaşdırılan futbolçulara qarşı ciddi mübarizəyə başlayıb. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bununla bağlı komissiya prezident Rövnəq Abdullayevin göstərişi ilə yaradılıb. Bunu komissiyanın ilk iclasına sədrlik edən assosiasiyanın baş katibi Elxan Məmmədov bildirib.

Komissiyanın birinci toplantısında qərara alınıb ki, 15 yaşlılardan ibarət yığma da daxil olmaqla, AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar arasında keçirdiyi bütün turnirlərində oynayan uşaqlar ciddi yoxlanılsın. Öncə U-15-in üzvləri, daha sonra isə 15 yaşlılar arasında keçirilən respublika birinciliyinə qatılan uşaqların sənədlərini araşdırılmağa başlanılıb. Əgər qeyri-qanuni hal aşkarlanarsa, “lipa” futbolçu və onun məşqçisi ciddi cəzalandırılacaq.

Elxan Məmmədov onu da vurğulayıb ki, bu proses mütəmadi davam etdiriləcək və yaşların azaldılması ilə bağlı konkret tədbirlər görüləcək. Bu məsələlərlə bağlı şikayət, müraciət və təklifləri noyabrın 17-dən 22-dək saat 9:00-dan 18:00-dək AFFA-nın baş katibinə göndərmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR