38 yaşlı Qoran Pandev milli karyerasını bitirəcək

38 yaşlı Qoran Pandev milli karyerasını bitirəcək
# 21 iyun 2021 09:38 (UTC +04:00)

Şimali Makedoniya futbolunun canlı əfsanəvi Qoran Pandev milli karyerasını başa vurur.

Apasport.az saytının məlumatına görə, bunu 38 yaşlı hücumçu özü deyib.

Yığması ilə AVRO-2020-yə qatılan veteran oyunçu qrup mərhələsində Niderlandla bu gün keçiriləcək matçın onun üçün vida görüşü olacağını söyləyib. Pandev, ümumiyyətlə, karyerasını bitirə biləcəyini də istisna etməyib: “Cenoa” ilə müqaviləm bitib. Bundan sonra peşəkar futbolda oynamaq planım yoxdur. Hələlik milli ilə bağlı qərarım 100 faiz qətidir”.

Qeyd edək ki, Pandev AVRO-2020-nin Avstriya ilə (1:3) ilk oyununda komandasının yeganə qoluna imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR