64 yaşlı müğənni İtaliya klubunda debüt edib

#
# 11:39
8 iyun 2021

İtaliyalı müğənni Enriko Rudjeri D seriyasında debüt edib.
    
Apasport.az saytının məlumatına görə, 64 yaşlı debütant “Sona” klubunun heyətində ilk matçına çıxıb.

O, “Tritium”la görüşdə 10 nömrəli formanı geyib. Cəmi 9 dəqiqə meydanda olan müğənni əvəzlənib.

Rudjeri belə bir təklifi klub prezidentindən alıb. Buna səbəb tenorun “İnter” azarkeşli olması, Milan təmsilçisinin sabiq üzvü, müğənninin kumiri Maykonun “Sona”da oynamasıdır. 64 yaşlı müğənni istəyinə çataraq Maykonla bir komandada oynamaq imkanı qazanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR