Amsterdamda Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək

Amsterdamda Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək
# 03 mart 2020 00:37 (UTC +04:00)

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq.

Avropanın 55 milli komandası ikinci dəfə təşkil olunacaq yarışda rəqiblərini tanıyacaq. Hələ də baş məşqçi axtarışında olan Azərbaycan yığmasının da qrupdakı rəqibləri müəyyənləşəcək.

Bakı vaxtı ilə saat 21:00-da start götürəcək püşkatmada 4 liqanın 14 qrupunda yer alacaq komandalar bəlli olacaq. Hərəsində 16 yığmanın olduğu A, B və C liqalarında iştirakçılar 4 komandadan ibarət 4 qrupa bölünəcək. Cəmi 7 millinin yer aldığı D liqasında bir qrupda 4, bir qrupda 3 komanda mübarizə aparacaq.

Azərbaycan yığması Millətlər Liqasındakı islahatlar səbəbindən iki il öncə çıxış etdiyi D liqası deyil, C liqasında mübarizə aparacaq. Bu, millimizin artıq favoritlərdən deyil, autsayderlər biri olacağından xəbər verir. Millimiz püşkatma zamanı da sonuncu - ən zəiflərin səbətində yer alacaq.

A liqası
1-ci səbət:
Portuqaliya, Niderland, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası
1-ci səbət:
Rusiya, Avstriya, Uels, Çexiya
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası
1-ci səbət:
Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova

D liqası
1-ci səbət:
Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino

Millətlər Liqasının qalibi adı uğrunda 16 komanda mübarizə aparacaq. Bunlar A liqasının təmsilçiləridir. Qrup qalibi olan 4 komanda final mərhələsində kubok və pul mükafatları uğrunda qüvvəsini sınayacaq.

Digər liqalarda öz qrupunda 1-ci yeri tutanlar isə növbəti turnirdə daha yüksək dəstədə çıxış etmək hüququ qazanacaq. A və B liqalarında sonuncu olanlar isə aşağı diviziona yuvarlanacaq. C liqasındakı qruplarda sonuncu olan 4 komanda isə öz aralarında ev-səfər prinsipi ilə keçiriləcək matçlarda yerini qoruyacaq iki iştirakçını müəyyənləşdirəcək.

Həmçinin, 2 milli komanda DÇ-2022-nin seçmə mərhələsinin pley-offuna yüksələcək. Bu iki yığma seçmə mərhələdə ilk iki pilləni tuta bilməyən, amma Millətlər Liqasında qrup qalibi olanlar arasında seçiləcək

1-ci tur: 3-5 sentyabr 2020
2-ci tur: 6-8 sentyabr 2020
3-cü tur: 8-10 oktyabr 2020
4-cü tur: 11-13 oktyabr 2020
5-ci tur: 12-14 noyabr 2020
6-cı tur: 15-17 noyabr 2020
Final mərhələsi: 2-3, 6 iyun 2021
Pley-off: 24-25, 28-29 mart 2022

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR