İtaliya A seriyasının II turunun “Torino” – “Atalanta” oyununun keçirilməsi təhlükə altına düşüb.
Apasport.az saytının məlumatına görə, buna səbəb Turin klubundakı koronavirusa yoluxma hadisəsidir.
“Torino”da futbolçu, yoxsa klub əməkdaşının xəstələnməsi açıqlanmır. Əgər təkrar test koronavirusa yoluxmanı təsdiqləsə, “Torino” tam heyətlə karantinə alınacaq.
Qeyd edək ki, turinlilərin “Atalanta” ilə oyunu sentyabrın 26-da keçirilməlidir.