“Liverpul” Van Deykə əvəzləyici tapıb

“Liverpul” Van Deykə əvəzləyici tapıb
# 24 oktyabr 2020 11:34 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu zədəli Vircil van Deykə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son çempionu Almaniya “Şalke”sində çıxış edən Ozan Kabakı almağa qərar verib.

Lakin Bundesliqa klubu müdafiəçisini 29 milyon avroya satmaq fikrindədir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Ciddi xəsarət alan Van Deykin mövsümün sonuna qədər meydandan kənar qalmaq ehtimalı böyükdür. Bu üzrdən Ozan onun yoxluğunu hiss etdirməməlidir.

Qeyd edək ki, Kabak ötən mövsümün 26 matçında 3 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR