Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Norveç klubu “Molde”nin zədəli futbolçuları heyətə qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erlinq Mo məlumat verib.
O bildirib ki, müdafiəçi Stian Qreqersen və hücumçu Matis Bolli Azərbaycan çempionu ilə qarşılaşmada meydana çıxa bilər. Çalışdırıcı, xüsusən də, 3 ay əvvəl dizindən zədələnən Qreqersenin sağalmasına sevindiyini söyləyib.
Qeyd edək ki, sabah Larnakadakı “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.