"Rubin"in sabiq futbolçusuna 12 illik həbs cəzası verilib

"Rubin"in sabiq futbolçusuna 12 illik həbs cəzası verilib
# 13 noyabr 2020 13:17 (UTC +04:00)

Rusiyanın “Rubin” klubunun keçmiş kapitanı Sergey Xarlamov həbs olunub.

Apasport.az saytının məlumatına görə, Xarlamovun Rusiyanın ən böyük maliyyə piramidalarından biri olan “Rost” mütəşəkkil cinayətkar qrupunun tərkibində yer alması sübuta yetirilib.

Adıçəkilən qrup yüksək gəlirli layihələrə investisiya qoyacağını vəd edərək, 3,5 mindən çox vətəndaşdan 1,4 milyard rubldan çox pul mənimsəyib.

Bu gün Kazanın Vaxitovski Rayon Məhkəməsində 47 yaşlı mütəxəssisin 12 il müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Sergey Xarlamov karyerası ərzində 1990-1993 və 1997-2004-cü illərdə “Rubin”in formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR