UEFA Ermənistan yığmasını cərimələyib

UEFA Ermənistan yığmasını cərimələyib
# 19 noyabr 2020 10:52 (UTC +04:00)

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Ermənistan yığmasının qitə futbol qurumunun tətbiq etdiyi karantin qaydalarını pozmasıdır.

Oktyabrda Millətlər Liqasının qrup mərhələsində Estoniyanın qonağı olan ermənilər (1:1) qarşılaşmadan əvvəl Tallində erməni kilsəsinə baş çəkib, eyni zamanda yerli “Ararat” klubunun gənc oyunçuları və onların valideynləri ilə görüşüblər. Halbuki bir gün əvvəl Ermənistan yığmasının nümayəndələrindən birində koronavirusa yoluxma aşkarlanmışdı.

UEFA-nın “oyuna dön” protokolunun koronavirus qaydalarına görə isə komanda üzvləri xüsusi hallar xaricində oteli tərk etməməlidir. Buna məhəl qoymayan Ermənistan Futbol Federasiyası 10 min avro məbləğində cərimələnib və bu pulu 90 gün ərzində ödəməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR