ABŞ-da kişi və qadınlardan ibarət futbol yığmalarının qazancı eyni olacaq

ABŞ-da kişi və qadınlardan ibarət futbol yığmalarının qazancı eyni olacaq
# 15 sentyabr 2021 15:21 (UTC +04:00)


ABŞ-da kişi və qadın futbolçulardan ibarət əsas yığmaların futbolçularının qazancı eyni olacaq.

Apasport.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundan sonra kişi və qadınlardan ibarət əsas yığmaların üzvlərinin məvacibi eyni olacaq.
Federasiya ayrıseçkiliyə qarşı çıxdığı üçün bu addımı atdığını bildirib: “Təklif edilən məbləğlə birlikdə futbolçularımız millidə ən çox pul qazanacaq oyunçular olacaq. Dünya çempionluğunu qazanan kişi və qadınların mükafat fondunun eyni olması üçün də FİFA-ya müraciət etmişik”.

Qeyd edək ki, qadınlardan ibarət ABŞ yığması 2015 və 2019-cu illərdə dünya çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR