AFFA “Səbail” və “Sabah”ın futbolçularını cəzalandırıb

AFFA “Səbail” və “Sabah”ın futbolçularını cəzalandırıb
# 12 noyabr 2021 14:14 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın X turunda baş verənlər müzakirə olunub.

Yaşanan xoşagəlməz hadisələrə hüquqi qiymət verən komitə müvafiq cəzalar tətbiq edib.

“Sabah” – “Zirə” matçında meydan sahiblərinin futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün qəsəbə təmsilçisi 1600 manat cərimələnib.

“Səbail” – “Qəbələ” görüşündə meydan sahiblərinin oyunçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Albaniyalı 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR