Almaniya yığmasının təyyarəsi məcburi eniş edib

Almaniya yığmasının təyyarəsi məcburi eniş edib
# 09 sentyabr 2021 13:23 (UTC +04:00)

Almaniya millisinin təyyarəsi məcburi eniş edib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin İslandiya ilə oyunundan sonra Reykyavikdən Frankfurta qayıdan Bundestim Şotlandiyada enməli olub.

Təyyarə İslandiya paytaxtında havaya qalxarkən heç bir çətinliklə üzləşməyib. Lakin Şotlandiyanın Arbrot şəhərinin üzərində olarkən qəza siqnalı verilib. Bu üzdən təyyarə planlaşdırılmayan şəkildə Edinburqa enib. “7700” siqnalının verilməsi təyyarənin göyərtəsində qəza vəziyyətinin yaranması anlamına gəlir.

Qeyd edək ki, Almaniya millisi səfər matçında 4:0 hesablı səfər qələbəsi qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR