“Altay” 18 ildən sonra Super Liqaya qayıdıb

“Altay” 18 ildən sonra Super Liqaya qayıdıb
# 27 may 2021 01:32 (UTC +04:00)

Türkiyə Super Liqasında 2021/22 mövsümünün son iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Altay” 18 ildən sonra güclülər sırasına qayıdıb.

Mustafa Dənizlinin yetirmələri 1-ci liqadan Super Liqaya yüksəlmək uğrunda pley-offun finalında “Altınordu” ilə görüşüb. 1:0 hesablı qələbə İzmir təmsilçisini yüksək dəstəyə daşıyıb.

Qeyd edək ki, 1-ci liqada ilk iki yeri tutan “Adana Dəmirspor”la “Giresunspor” Super Liqaya birbaşa vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR