Amerika Kubokunda 41 koronavirusa yoluxma qeydə alınıb

Amerika Kubokunda 41 koronavirusa yoluxma qeydə alınıb
# 16 iyun 2021 11:41 (UTC +04:00)

Braziliyada keçirilən Amerika Kuboku yeni başlamasına baxmayaraq, koronavirusa yoluxma sayının artması təşkilatçıları narahat edir.

Apasport.az saytının məlumatına görə, iyunun 14-də başlayan turnirin startı öncəsi 41 yoluxma aşkarlandığı açıqlanıb.

Braziliya Səhiyyə Nazirliyinin yaydığı xəbərdə bildirilib ki, testi pozitiv çıxanların heç də hamısı futbolçu və komandaların nümayəndələri deyil. Hətta təşkilatçılar arasında da 10 yoluxma müşahidə olunub. Ən çox yoluxma Venesuela yığmasında olub. Venesuelalılarda 13 yoluxma aşkarlanıb ki, onlardan 8-i futbolçudur.

Ümumilikdə koronavirusa yoluxduğu üçün heyətdən çıxarılan futbolçuların əvəzinə 15 yeni oyunçu yarış iştirakçılarına çağırılıb.

Qeyd edək ki, Venesuela ilk turda ev sahibi Braziliyaya 0:3 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR