Amerika Kubokunun finalında Braziliya və Argentina qarşılaşacaq

Amerika Kubokunun finalında Braziliya və Argentina qarşılaşacaq
# 07 iyul 2021 08:28 (UTC +04:00)

Argentina millisi Amerika Kubokunun yarımfinalında Kolumbiyanı penalti seriyasında məğlub edib.

APA TASS-a istinadən xəbər verir ki, turnir Braziliyada keçirilir.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, yarışın qaydalarına görə, oyunun 90 dəqiqəsindən sonra heç-heçə edildiyi təqdirdə penalti seriyası keçirilib. Argentina millisində Lautaro Martines (7-ci dəqiqə), Kolumbiya yığmasında isə Luiş Dias fərqlənib (61). Penaltilər seriyasında argentinalılar daha güclü olub – 3:2.

11 iyulda keçiriləcək final qarşılaşmasında argentinalılar Perunu 1:0 məğlub edən braziliyalılarla oynayacaq. Bundan bir gün əvvəl isə Peru və Kolumbiya yığmaları üçüncü yer uğrunda qarşılaşacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR