Andrey Şevçenko A seriyasından cəlbedici təklif alıb

Andrey Şevçenko A seriyasından cəlbedici təklif alıb
# 06 noyabr 2021 12:05 (UTC +04:00)

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis “Cenoa”dan təklif alıb.

A seriyası təmsilçisi ukraynalı çalışdırıcı üçün cəlbedici şərtlər irəli sürüb. Genuyalılar Şevçenkoya illik 1,8 milyon avro ödəməyə hazırdır. Ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif olunub.

Qeyd edək ki, “Cenoa” A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR