"Araz"ın Çempionlar Liqasına rəqibi bəlli olub

"Araz"ın Çempionlar Liqasına rəqibi bəlli olub
# 07 iyul 2021 16:25 (UTC +04:00)

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələnin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın rəqibləri bəlli olub.

Naxçıvan klubu avqustun 20-dən 25-dək keçiriləcək mərhələdə F qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri “Kambuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) olacaq. Bu qrupun matçları Latviyada keçiriləcək.

Qeyd edək ki, 8 qrupun qalibi və ən yaxşı 2-ci yer sahibi əsas mərhələyə yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR