Argentina yığması 1993-cü ildən bəri ilk dəfə kubok qazanıb

Argentina yığması 1993-cü ildən bəri ilk dəfə kubok qazanıb
# 11 iyul 2021 10:13 (UTC +04:00)

Amerika kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Braziliyada təşkil olunan turnirin bu gün final oyunu keçirilib.

Həlledici qarşılaşmada meydan sahibi Braziliya əzəli rəqibi Argentina ilə üz-üzə gəlib. "Marakana" stadionunda keçirilən görüşün birinci hissəsini argentinalılar Anxel di Mariyanın qolu ilə öndə tamamlayıblar. "Sambaçılar"ın fasilədən sonrakı cəhdləri bir nəticə verməyincə qalibi məhz yeganə qol müəyyən edib.

Beləliklə, 29-cu dəfə finalda iştirak etməklə öz rekordunu yeniləyən Argentina yığması 1993-cü ildən bəri ilk, ümumilikdə isə 15-ci dəfə kuboku muzeyinə aparıb. Komanda çempionluq sayında da rekordçu Uruqvaya çatıb. Lionel Messi isə karyerası ərzində milli ilə ilk tituluna yiyələnib.

Amerika kuboku
11 iyul
Final
Argentina - Braziliya - 1:0
Di Mariya, 22

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR