“Arsenal” cəzalı qapıçı ilə anlaşıb

“Arsenal” cəzalı qapıçı ilə anlaşıb
# 02 iyun 2021 09:27 (UTC +04:00)

İngiltərənin “Arsenal” klubu qapıçı Andre Onana ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, Niderlandın “Ayaks” klubunun qolkiperi ilə 3+1 illik müqavilə imzalanacaq.

Keçidin rəsmiləşməsi üçün iki klub arasında başa çatmaqda olan danışıqların yekunlaşması vacibdir. Niderland təmsilçisi oyunçu üçün 14 milyon avro istəyir. “Arsenal” isə yalnız 8 milyon ödəməyə hazırdır.

İspaniya “Barselona”sının yetirməsi olan 25 yaşlı qapıçı 2015-ci ildən Amsterdam klubunda çıxış edir. O, 204 matçda 180 qol buraxıb.

Qeyd edək ki, Onana hazırda cəzalı durumdadır. O, ötən ilin fevralında antidopinq qaydalarını pozduğu üçün 1 illik diskvalifikasiya edilib. Lakin iyunda İdman Arbitraj Məhkəməsinin məsələyə baxacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR